Azərbaycan iqtisadiyyatında geriləmə tempi 0,2%-ə düşüb

Azərbaycan iqtisadiyyatında geriləmə tempi 0,2%-ə düşüb Bu ilin yanvar-aprel aylarında ölkədə 25 078,6 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2 % az ümumi daxili məhsul istehsal olunub
Maliyyə
16 May , 2021 12:15
Azərbaycan iqtisadiyyatında geriləmə tempi 0,2%-ə düşüb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 25 078,6 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 0,2 % azdır.

Xatırladaq ki, yanvar-mart aylarının yekununda ölkə iqtisadiyyatında geriləmə 1,3% təşkil etmişdi.

Hesabat dövründə ölkə iqtisadiyyatının neft-qaz sektorunda əlavə dəyər 8,4 % azalıb, qeyri neft-qaz sektorunda isə 4,1 % artıb.

ÜDM istehsalının 41,1 %-i sənaye, 10 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,6 %i nəqliyyat və anbar təsərrüfatı, 5,7 %-i tikinti, 3,4 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,9 %-i informasiya və rabitə, 0,9 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 19,1 %-i digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,3 %-ni təşkil edib.

İl ərzində ölkədə adambaşına düşən ÜDM-in dəyəri isə 11,3% artaraq 2 506 manat olub.

Son xəbərlər

Orphus sistemi