Azərbaycan iqtisadiyyatında 2020-ci ildə təxminən 750 mln. manat əlavə dəyərin yaranması gözlənilir

Azərbaycan iqtisadiyyatında 2020-ci ildə təxminən 750 mln. manat əlavə dəyərin yaranması gözlənilir Bu barədə “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə qeyd olunub
Maliyyə
14 Dekabr , 2016 20:49
Azərbaycan iqtisadiyyatında 2020-ci ildə təxminən 750 mln. manat əlavə dəyərin yaranması gözlənilir

Bakı. 14 dekabr. REPORT.AZ/ Azərbaycanda 2020-ci ildə iqtisadiyyatda təxminən 750 milyon manat əlavə dəyərin yaranması gözlənilir.

“Report”un məlumatına görə, bu barədə “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə qeyd olunub.

Sənədə əsasən, müəyyən edilmiş strateji hədəflərə nail olmaq üçün 115 milyon manat investisiya, o cümlədən bankların rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün tənzimləmə mexanizminin təkmilləşdirilməsi (100 mln. manat), emitentlər və maliyyə vasitəçiləri üçün əlverişli mühitin yaradılması (10 mln. manat), kredit məlumatlarının mübadiləsi sisteminin təkmilləşdirilməsi (5 mln. manat) tələb olunur. 

Son xəbərlər

Orphus sistemi