Azərbaycan iqtisadiyyatına xarici investisiyalar azalıb

Azərbaycan iqtisadiyyatına xarici investisiyalar azalıb Bakı. 17 oktyabr. REPORT.AZ/ 2018-ci ilin yanvar-sentyabr aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 3 992,4 mln. manat vəsait yönəldilib.
Maliyyə
483
17 Oktyabr , 2018 15:30
Azərbaycan iqtisadiyyatına xarici investisiyalar azalıb
0 : 00
0 : 00

Bakı. 17 oktyabr. REPORT.AZ/ 2018-ci ilin yanvar-sentyabr aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 3 992,4 mln. manat vəsait yönəldilib.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Rəsmi statistikaya əsasən, bu investisiyaların 361,4 mln. manatı sentyabr, 396,3 mln. manatı avqust, 342,1 mln. manatı iyul, 466,2 mln. manatı iyun, 447,7 mln. manatı may, 592,2 mln. manatı aprel, 489,1 mln. manatı mart, 437,6 mln. manatı fevral, 459,8 mln. manatı yanvar ayında yatırılıb. Beləliklə, ötən ay ölkə iqtisadiyyatına investisiya qoyuluşunda əvvəlki ayla müqayisədə 8,8% azalma qeydə alınıb.

Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 3217,0 mln. manatı (80,6%-i) Birləşmiş Krallıq, İsveçrə, Türkiyə, Malayziya, ABŞ, Yaponiya, Rusiya, İran və Çexiya sərmayədarlarına məxsus olub.

Son xəbərlər

Orphus sistemi