Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 2% artıb

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 2% artıb İllik müqayisədə isə kredit qoyuluşlarının həcmi 21% azalıb
Maliyyə
10 Mart , 2017 17:06
Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 2% artıb

Bakı. 10 mart. REPORT.AZ/ Azərbaycan iqtisadiyyatına məcmu kredit qoyuluşlarının həcmi 2017-cı il fevralın 1-nə 16 250,8 mln. manat təşkil edib.

"Report"un Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, iqtisadiyyata kredit qoyuluşlarının həcmi yanvar ayının 1-nə olan göstərici ilə müqayisədə 279,6 mln. manat və ya 1,75% artıb. Keçən ilin analoji dövrü ilə müqayisədə isə iqtisadiyyata kredit qoyuluşlarının həcmi 4 353,1 mln. manat və ya 21,13% azalıb.

Son xəbərlər

Orphus sistemi