“S&P Global Ratings” Beynəlxalq Reytinq Agentliyi bu il Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunun ümumi daxili məhsula (ÜDM) nisbətinin 21,7 % (9,765 mlrd ABŞ dolları) təşkil edəcəyini proqnozlaşdırır.
“Report” bu barədə reytinq agentliyinın hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, gələn il ölkə iqtisadiyyatına investisiya qoyuluşunun ÜDM-yə nisbəti 21,2 % (10,176 mlrd ABŞ dolları), 2023-2024-cü illərdə isə 20,6 % (10,506 mlrd ABŞ dolları və 11,124 mlrd ABŞ dolları) təşkil edəcəyi gözlənilir.
Reytinq agentliyi bu il Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunun 2,1 %, 2022-203-cü illərdə 2 %, 2024-cü ildə isə 1,5 % artmasını gözləyir.
Xatırladaq ki, ötən il iqtisadiyyata 17 mlrd 028,1 mln manat investisiya qoyulub ki, bu da 2019-cu illə müqayisədə 8,3 % çoxdur.