Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu cüzi artıb

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu cüzi artıb Bu ilin yanvar-iyul aylarında əsas kapitala 7301,7 milyon manat məbləğində, yaxud 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,1 % çox vəsait yönəldilib.
Maliyyə
9 Avqust , 2022 12:05
Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu cüzi artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda əsas kapitala 7 301,7 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 0,1 % çox vəsait yönəldilib.

“Report” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, son 1 ildə neft-qaz sektoruna investisiyalar 15,5 % azalıb, qeyri neft-qaz sektoruna investisiyalar isə 12,5 % artıb.

Hesabat dövründə istifadə olunmuş vəsaitin 4492,6 milyon manatı və yaxud 61,5 %-i məhsul istehsalı sahələrinə, 2 355,5 milyon manatı və yaxud 32,3 %-i xidmət sahələrinə, 453,6 milyon manatı və yaxud 6,2 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.

7 ay ərzində əsas kapitala yönəldilmiş vəsaitlərin 5427,8 milyon manatını və ya 74,3 %-ni daxili vəsaitlər təşkil edib, 5 174,9 milyon manatı və yaxud 70,9 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.

İnvestisiya qoyuluşunda müəssisə və təşkilatların vəsaitləri 54,4 %, büdcə vəsaitləri 29,6 %, əhalinin şəxsi vəsaitləri 7,8 %, sair vəsaitlər 5 %, bank kreditləri isə 3,2 % paya malik olub.

Son xəbərlər

Orphus sistemi