Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 28% azalıb

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 28% azalıb Bu ilin yanvar ayında əsas kapitala 724,0 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 27,5 % az vəsait yönəldilib.
Maliyyə
11 Fevral , 2021 12:07
Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 28% azalıb

Bu ilin yanvar ayında Azərbaycanda əsas kapitala 724 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 27,5 % az vəsait yönəldilib.

Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, neft-qaz sektoruna investisiyalar 15,1 %, qeyri neft-qaz sektoruna investisiyalar isə 38,8 % azalıb.

İstifadə olunmuş vəsaitin 583 milyon manatı və yaxud 80,5 %-i məhsul istehsalı sahələrinə, 80,7 milyon manatı və yaxud 11,2 %-i xidmət sahələrinə, 60,3 milyon manatı və yaxud 8,3 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 377,5 milyon manatını və yaxud 52,1 %-ni daxili vəsaitlər təşkil edib, 631,3 milyon manatı və yaxud 87,2 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 71,7 %, bank kreditləri 16,3 %, əhalinin şəxsi vəsaitləri 8,5 %, büdcə vəsaitləri 2,7 %, sair vəsaitlər isə 0,8 % təşkil edib.

Son xəbərlər

Orphus sistemi