Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 2% azalıb

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 2% azalıb Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda əsas kapitala 11 540,2 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 2,1% az vəsait yönəldilib.
Maliyyə
255
13 Noyabr , 2020 12:06
Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 2% azalıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda əsas kapitala 11 540,2 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 2,1% az vəsait yönəldilib.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, son 1 ildə neft-qaz sektoruna yatırılmış investisiyalar 11,7% artıb, qeyri neft-qaz sektoruna investisiyalar isə 9,9% azalıb.

İstifadə olunmuş vəsaitin 7 598,1 milyon manatı və yaxud 65,8%-i məhsul istehsalı sahələrinə, 2 884,6 milyon manatı və yaxud 25%-i xidmət sahələrinə, 1 057,5 milyon manatı və yaxud 9,2%-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.

10 aylıq investisiya qoyuluşunun 7 390,1 milyon manatını və yaxud 64%-ni daxili vəsaitlər təşkil edib, 7 281,6 milyon manatı və yaxud 63,1%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 58,3%, büdcə vəsaitləri 24,1%, bank kreditləri 6,4%, əhalinin şəxsi vəsaitləri 6,1%, sair vəsaitlər 3,4%, büdcədənkənar dövlət fondlarının vəsaitləri isə 1,7% paya malik olub.

2020-ci ilin yanvar-oktyabr aylarında Bakıda “Yeni klinika” tibb müəssisəsi, 3 saylı DOST mərkəzi, modul tipli xəstəxana kompleksi və hospital, Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin modul tipli hospitalı, “Böyükşor” və “Əhmədli” elektrik yarımstansiyaları, S.Bəhlulzadə adına Mədəniyyət Evi, ADA Universitetinin iki yeni korpusu, 260 çarpayılıq 3 xəstəxana binası, 1 925 şagird yerlik ümumtəhsil müəssisəsi, Naxçıvan MR-da ümumtəhsil müəssisəsi, 3 ambulatoriya-poliklinika müəssisəsi, Sumqayıtda 2 tibbi maska istehsalı müəssisəsi, qoruyucu kombinezonların istehsalı müəssisəsi, modul tipli xəstəxana, Kimya Sənaye Parkının nəzdində Peşə Təhsili Mərkəzi, Gəncə şəhərində tikinti materialları istehsalı zavodu, Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusu, 200 çarpayılıq xəstəxana binası, Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusu, Mingəçevir şəhərində Dövlət Rəmzləri Muzeyi, Şəki şəhərində modul tipli xəstəxana, 200 çarpayılıq xəstəxana binası, Abşeron rayonunda modul tipli xəstəxana, Ağcabədi rayonunda “ASAN Həyat” kompleksi, dənli bitki toxumlarının emalı zavodu, Ağstafa rayonunda “Azərxalça” ASC-nin filialı, Aqrar Sənaye Kompleksi, Balakən rayonunda regional “ASAN xidmət” mərkəzi, Balakən şəhər Uşaq İncəsənət Məktəbinin yeni binası, “Azərişıq” ASC-nin Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi, Goranboy rayonunda “Azərxalça”nın filialı, İsmayıllı rayonunda modul tipli xəstəxana, Kürdəmir rayonunda “ASAN Həyat” kompleksi, “Azərxalça”nın filialı, Qazax rayonunda əhəng zavodu, “Azərxalça”nın filialı, Qəbələ rayonunda modul tipli xəstəxana, Qobustan rayonunda modul tipli xəstəxana, Tərtər rayonunda Olimpiya İdman Kompleksi, Dövlət Rəmzləri Muzeyi, “Azərxalça” ASC-nin filialı, Tovuz rayonunda “Asan Həyat” kompleksi, “Azərxalça”nın filialı, Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyi, Tarix-Diyarşünaslıq Muzeyi, Dövlət Rəmzləri Muzeyi, Şəmkir rayonunda “Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksi və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilib.

Son xəbərlər

Orphus sistemi