Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 12% azalıb

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 12% azalıb Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda əsas kapitala 10 568,5 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 11,5% az vəsait yönəldilib.
Maliyyə
11 Noyabr , 2021 12:13
Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 12% azalıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda əsas kapitala 10 568,5 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 11,5% az vəsait yönəldilib.

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, son 1 ildə neft-qaz sektoruna investisiyalar 9,2%, qeyri neft-qaz sektoruna investisiyalar isə 13,1% azalıb.

On ayda istifadə olunmuş vəsaitin 6 999,6 milyon manatı və yaxud 66,2%-i məhsul istehsalı sahələrinə, 2 757,8 milyon manatı və yaxud 26,1%-i xidmət sahələrinə, 811,1 milyon manatı və yaxud 7,7%-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.

İnvestisiya qoyuluşunun 7 020 milyon manatını və yaxud 66,4%-ni daxili vəsaitlər təşkil edib, 7 031 milyon manatı və yaxud 66,5%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 55,1%, büdcə vəsaitləri 24,1%, sair vəsaitlər 7,4%, əhalinin şəxsi vəsaitləri 7,3%, bank kreditləri isə 6,1% paya malik olub.

Son xəbərlər

Orphus sistemi