Azərbaycan iqtisadiyyatı 1% böyüyüb

Azərbaycan iqtisadiyyatı 1% böyüyüb Bakı. 17 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) ötən ilin eyni dövrü ilə müqayisədə 1% artaraq 72 432,1 mln. manata çatıb.
Maliyyə
17 Dekabr , 2018 15:30
Azərbaycan iqtisadiyyatı 1% böyüyüb

Bakı. 17 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) ötən ilin eyni dövrü ilə müqayisədə 1% artaraq 72 432,1 mln. manata çatıb.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əlavə dəyərin istehsalı əvvəlki ilin müvafiq dövrünə nisbətən iqtisadiyyatın qeyri-neft sektorunda 1,3%, neft sektorunda isə 0,3% artıb.

ÜDM-in 45,2%-i sənayedə, 9,3%-i ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrində, 6,8%-i tikintidə, 6,4%-i nəqliyyat və anbar təsərrüfatı, 5,4%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5%-i informasiya və rabitə sahələrində, 15,1%-i digər sahələrdə istehsal edilib, məhsula və idxala xalis vergilər ÜDM-in 8%-ni təşkil edib.

Bu dövrdə informasiya və rabitə sahələrində əlavə dəyər istehsalı 9,2%, nəqliyyat və anbar təsərrüfatı sahələrində 7,9%, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 7,6%, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 4,6%, ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrində 2,7%, sənayedə 1,3%, digər xidmət sahələrində 0,7% artıb, tikintidə isə 13,1% azalıb.

Əhalinin hər nəfərinə düşən ÜDM 7 378,5 manata bərabər olub.

Son xəbərlər

Orphus sistemi