Azərbaycan iqtisadi azadlıq indeksində 1 pillə irəliləyib

Azərbaycan iqtisadi azadlıq indeksində 1 pillə irəliləyib Honq-Konq 24-cü dəfə ilk sırada qərarlaşıb
Maliyyə
2 Fevral , 2018 13:15
Azərbaycan iqtisadi azadlıq indeksində 1 pillə irəliləyib

Bakı. 2 fevral. REPORT.AZ/ Azərbaycan, ABŞ-ın "The Heritage Foundation" Fondunun ənənəvi hazırladığı illik hesabatın iqtisadi azadlıq indeksində 1 pillə irəliləyərək 67-ci sıraya yüksəlib. 

Bu barədə "Report" fondun internet səhifəsinə istinadən xəbər verir.

İlk yerdə 24-cü dəfə Honq-Konq qərarlaşıb. Bu ölkə 100 mümkün baldan 90,2-ni toplayıb.

İkinci yeri 88,8 balla Sinqapur, üçüncü yeri isə 84,2 balla Yeni Zelandiya tutub. 80 baldan çox toplamış digər 3 ölkə İsveçrə, Avstraliya və İrlandiyadır. İlk 10-luqda həmçinin Estoniya, Böyük Britaniya, Kanada və ABŞ yer alıb.

Sənəd müəllifləri iqtisadi azadlığın təkcə gəlirlərə deyil, həm də insanların həyat tərzinə - rifahına, sağlamlığına, təhsilinə, yeniliklərə, sosial inkişafa, dövlət idarəçiliyinə, ətraf mühitə müsbət təsir göstərdiyini deyiblər. 

Azərbaycan 100 ballıq qiymətləndirmə cədvəlində 64,3 bal toplayib. Bu da, ötən illə müqayisədə 0,7 bal çoxdur. Müqayisə üçün deyək ki, Gürcüstan 16-cü (76,2 bal) , Türkiyə 58-ci (65,4 bal), Rusiya 107 (58,2 bal), İran 156-ci (50,9 bal) yeri tutub.

Azərbaycan iqtisadi azadlıq indeksində Asiya-Sakit Okean regionundakı 43 ölkə arasında 14-cü sırada qərarlaşıb və İndoneziya, Hindistan kimi ölkələri qabaqlayıb. Qeyd edək ki, region ölkələri üzrə orta göstərici 61 baldan çoxdur. 

Son xəbərlər

Orphus sistemi