Azərbaycan ilk dəfə Asiya Ali Audit Qurumları Təşkilatının Audit Komitəsinə üzv seçilib

Azərbaycan ilk dəfə Asiya Ali Audit Qurumları Təşkilatının Audit Komitəsinə üzv seçilib Hesablama Palatasının Sədri Vüqar Gülməmmədov ilk dəfə Asiya Ali Audit Qurumları Təşkilatının (ASOSAI) onlayn rejimdə keçirilən XV Assambleyasında iştirak edib.
Maliyyə
7 Sentyabr , 2021 17:02
Azərbaycan ilk dəfə Asiya Ali Audit Qurumları Təşkilatının Audit Komitəsinə üzv seçilib

Hesablama Palatasının Sədri Vüqar Gülməmmədov ilk dəfə Asiya Ali Audit Qurumları Təşkilatının (ASOSAI) onlayn rejimdə keçirilən XV Assambleyasında iştirak edib.

“Report” xəbər verir ki, bu barədə Palata məlumat yayıb.

Məlumata görə, ilk dəfə onlayn keçirilən Assambleyanı Tailandın Ali Audit Qurumu təşkil edib.

Tədbir ASOSAI-ın Prezidenti, Vyetnam AAQ-nın Sədrinin açılış nitqi ilə başlayıb, daha sonra, ASOSAI-ın yeni Prezidenti seçilmiş Tailandın AAQ Prezidentinin salamlama nitqi ilə davam edib.

Rəsmi açılış tədbirindən sonra, Plenar Sessiyanın gündəliyi və İdarə Heyətinə və Audit Komitəsinə üzvlük kimi məsələlər müzakirə edilib. Tədbirin davamında ASOSAI-ın Strateji Planın icrası barədə hesabat və növbəti Strateji Planın təqdimatı, Baş Katibliyin hesabatı və digər hesabatlar təsdiq edilib, yeni İşçi Qrupların yaradılması, o cümlədən Dayanıqlı İnkişaf Məqsədləri üzrə İşçi Qrupun yaradılmasının təsdiq edilməsi, İdarə Heyətinə və Audit Komitəsinə üzvlərin seçilməsi prosesi həyata keçirilib.

Daha sonra, ASOSAI-ın XVI Assambleyasına ev sahibliyi edəcək qurumun müəyyən edilməsi, İdarə Heyətinə yeddi yeni üzvün, həmçinin yeni kənar auditorların seçilməsi kimi məsələlər müzakirəyə çıxarılıb. ASOSAI-ın İdarə Heyətinə Türkiyə, Pakistan, Rusiya, Səudiyyə Ərəbistanı, Malayziya və Filippin AAQ-ları yeni üzvlər olaraq seçilib.

ASOSAI-ın XV Assambleyasında iştirak edən bütün üzv AAQ-ların səsverməsi ilə Hesablama Palatası 2021-2024-cü illər üzrə ilk dəfə olaraq ASOSAI-ın Audit Komitəsinə üzv seçilib

Tədbirin sonunda isə ASOSAI-ın INTOSAI və onun regional təşkilatları ilə əməkdaşlığından bəhs edilb və tədbir ASOSAI-ın yeni sədrinin bağlanış qeydləri ilə sona çatıb.

Son xəbərlər

Orphus sistemi