Bakı. 17 noyabr. REPORT.AZ/ Bu gün Bakı Biznes Mərkəzində (BBM) Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 5-ci iclası keçirilib. “Report” xəbər verir ki, iclasda Azərbaycan iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov, BƏƏ nümayəndə heyətinin rəhbəri, BƏƏ İqtisadiyyat Naziri Sultan bin Səid əl Mənsuri və başqa şəxslər iştirak edib.
İclasın sonunda müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığı əhatə edən protokolu imzalanıb.