Azərbaycan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının kapital artımına 61 milyon dollar pul qoyacaq

Azərbaycan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının kapital artımına 61 milyon dollar pul qoyacaq Azərbaycan 1992-ci ildən üzvü olduğu Dünya Bankı qrupunun üzvü - Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (IBRD) kapitalının artımına 61 milyon ABŞ dollarına yaxın vəsait sərf edəcək.
Maliyyə
6 Fevral , 2020 14:07
Azərbaycan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının kapital artımına 61 milyon dollar pul qoyacaq

Azərbaycan 1992-ci ildən üzvü olduğu Dünya Bankı qrupunun üzvü - Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (IBRD) kapitalının artımına 61 milyon ABŞ dollarına yaxın vəsait sərf edəcək.

Bu, “Report”un hesablamaları nəticəsində məlum olub.

Xatırladaq ki, Azərbaycan sözügedən maliyyə qurumunda 0,13% paya malikdir və 2 371 səhm əldə edib. Bu səhmlər ölkəmizə 286 milyon ABŞ dollarına başa gəlib. Başqa sözlə, 1 səhmin nominal dəyəri təxminən 120 625 ABŞ dollarıdır. İndi isə hökumət öz payına uyğun olaraq daha 505 yeni səhm əldə etməyə hazırlaşır. Bunun isə dəyəri 60,915 milyon ABŞ dollarıdır. 

Son xəbərlər

Orphus sistemi