Azərbaycan İpoteka Fondu tender keçirir

Azərbaycan İpoteka Fondu tender keçirir İddiaçıların bir ay vaxtı var
Maliyyə
29 Dekabr , 2016 18:00
Azərbaycan İpoteka Fondu tender keçirir

Bakı. 29 dekabr. REPORT.AZ/ "Azərbaycan İpoteka Fondu" ASC (AİF) hər biri ayrıca lot olmaqla “İnformasiya Mübadiləsi Modulu”nda ipoteka kreditləri üzrə ödənişlərin qəbulu proseslərinin təkmilləşdirilməsi və yeni ödəniş imkanlarının yaradılması (lot-1), eləcə də “Avtomatlaşdırılmış Baş Mühasibat Uçotu (ABMUS) proqramında ödənişlərin icrası modulunun yaradılması və Cəmiyyətin vəsaiti hesabına verilən kreditlərin uçotu prosesinin təkmilləşdirilməsi (lot-2) xidmətlərinin satın alınmasını elan edib. Bu barədə “Report” AİF-ə istinadən xəbər verir.

Məlumata görə, hər lot üzrə iştirak haqqı 100 manatdır. Xidmətin icra müddəti 3 aydır.

İddiaçılar ilkin sənədləri yanvarın 18-nə qədər, təklifləri isə yanvarın 31-nə qədər AİF-in Bakı şəhəri, Bül-bül prospekti,40 ünvanında yerləşən inzibati binasına təqdim etməlidirlər. Təkliflərə fevralın 1-i, saat 12:00-da adı çəkilən ünvanda baxılacaq.

Son xəbərlər

Orphus sistemi