Azərbaycan İpoteka Fondu sığortaçı seçir

Azərbaycan İpoteka Fondu sığortaçı seçir Fond əməkdaşlarının tibbi sığortalanması üzrə xidmətlərin satın alınmasına dair açıq tender elan edib
Maliyyə
9 Oktyabr , 2017 10:47
Azərbaycan İpoteka Fondu sığortaçı seçir

Bakı. 9 oktyabr. REPORT.AZ/ “Azərbaycan İpoteka Fondu” ASC (AİF) əməkdaşlarının tibbi sığortalanması üzrə xidmətlərin satın alınmasına dair açıq tender elan edib.

“Report” AİF-ə istinadən xəbər verir ki, tenderdə iştirak haqqı 100 manatdır.

İddiaçılar ilkin sənədləri noyabrın 14-nə qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə noyabrın 23-nə qədər Fonda (Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 40 ünvanına) təqdim etməlidirlər (tel.: (012) 441-24-23 (daxili 110)).

Təkliflərə noyabrın 24-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq. Əsas şərtlər toplusunda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli xidmətlər üzrə xidmət təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni xidmətlərin təklif edilən qiymətinin 20%-i qədər güzəştli düzəliş tətbiq ediləcək. Xidmətin icra müddəti 1 ildir. 

Xatırladaq ki, AİF 2005-ci ildən fəaliyyət göstərən Azərbaycan Mərkəzi Bankı yanında İpoteka Fondunun bazasında ötən il avqustun 18-də yaradılıb. Onun nizamnamə kapitalı 366 mln. manatdır. 

Son xəbərlər

Orphus sistemi