"Azərbaycan İpoteka Fondu" daha 50 mln. manat vəsait cəlb edir

"Azərbaycan İpoteka Fondu" daha 50 mln. manat vəsait cəlb edir Bakı. 5 dekabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası “Azərbaycan İpoteka Fondu ASC-nin adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının baza emissiya prospektini dövlət qeydiyyatına alıb.
Maliyyə
1816
5 Dekabr , 2017 10:25
Azərbaycan İpoteka Fondu daha 50 mln. manat vəsait cəlb edir

Bakı. 5 dekabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası “Azərbaycan İpoteka Fondu" ASC-nin adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının baza emissiya prospektini dövlət qeydiyyatına alıb.

“Report” Fonda istinadən xəbər verir ki, emissiyanın ümumi məbləği 50 mln. manat, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqrazların illik faiz dərəcəsi isə 3% təşkil edir.

Qiymətli kağızların 15 mln. manatlıq hissəsi dekabrın 8-də Bakı Fond Birjasında hərraca çıxarılacaq. İstiqrazlar kütləvi təklif üsulu ilə, 1 000 manatdan yerləşdiriləcək. Depozitari və sərəncamçı xidmətlərini Milli Depozit Mərkəzi göstərəcək. 

Son xəbərlər

Orphus sistemi