Azərbaycan İpoteka Fondu 25 mln. manatlıq istiqraz yerləşdirməyə hazırlaşır

Azərbaycan İpoteka Fondu 25 mln. manatlıq istiqraz yerləşdirməyə hazırlaşır Oktyabrın 20-də Bakı Fond Birjasında hərrac keçiriləcək
Maliyyə
18 Oktyabr , 2017 15:25
Azərbaycan İpoteka Fondu 25 mln. manatlıq istiqraz yerləşdirməyə hazırlaşır

Bakı. 18 oktyabr. REPORT.AZ/ Oktyabrın 20-də Bakı Fond Birjasında "Azərbaycan İpoteka Fondu" ASC-nin 25 mln. manatlıq adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

“Report” Fonda istinadən xəbər verir ki, istiqrazlar 1 003,50 manat qiyməti ilə satışa çıxarılacaq.

Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən ipoteka istiqrazlarının baza emissiya prospektini bu il avqustun 16-da dövlət qeydiyyatına alıb. Emissiyanın ümumi məbləği 100 mln. manat, istiqrazların illik gəlirliliyi 3%, bir istiqrazın nominal dəyəri 1 000 manatdır.

Yerləşdirmə kütləvi təklif üsulu ilə həyata keçirilir. Depozitari və sərəncamçı xidmətlərini Milli Depozit Mərkəzi göstərir. 

Son xəbərlər

Orphus sistemi