Azərbaycan İpoteka Fondu 25 mln. manatlıq istiqraz yerləşdirib

Azərbaycan İpoteka Fondu 25 mln. manatlıq istiqraz yerləşdirib Bu gün Bakı Fond Birjasında fondun qiymətli kağızlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib
Maliyyə
21 İyul , 2017 16:03
Azərbaycan İpoteka Fondu 25 mln. manatlıq istiqraz yerləşdirib

Bakı. 21 iyul. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) “Azərbaycan İpoteka Fondu” ASC-nin ISIN nömrəsi AZ2019008682 olan faizli, adlı, sənədsiz istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib.

“Report” BFB-yə istinadən xəbər verir ki, hərraca hər birinin nominal dəyəri 1 000 manat olan 25 min ədəd istiqraz çıxarılıb.

Qiymətli kağızlar 1 008,83 manatdan təlif olunub və hamısı satılıb.

Yerləşdirmənin anderrayteri qismində “PAŞA Kapital” investisiya şirkəti çıxış edib.

İstiqrazların ödəmə tarixi 18 dekabr 2037-cı ildir.

Son xəbərlər

Orphus sistemi