Azərbaycan İnvestisiya Şirkətinin nizamnamə kapitalı 40% artırılır - EKSKLÜZİV

Azərbaycan İnvestisiya Şirkətinin nizamnamə kapitalı 40% artırılır - EKSKLÜZİV Bakı. 6 sentyabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin nizamnamə kapitalı 64 mln. manat və yaxud 40% artırılaraq 224 mln. manata çatdırılacaq.
Maliyyə
6 Sentyabr , 2018 12:26
Azərbaycan İnvestisiya Şirkətinin nizamnamə kapitalı 40% artırılır - EKSKLÜZİV

Bakı. 6 sentyabr. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin nizamnamə kapitalı 64 mln. manat və yaxud 40% artırılaraq 224 mln. manata çatdırılacaq.

"Report"un əldə etdiyi məlumata görə, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 100 manat olan 640 min ədəd yeni səhm buraxılacaq.

“Kapital artımı bir neçə aydır ki, planlaşdırılırdı. Amma bu ilin may ayında AİŞ-in rəhbərliyində dəyişiklik oldu, buna görə də proses bir qədər ləngidi. Artıq kotirovka sorğusu da keçirilib və “Unicapital” investisiya şirkətinin vasitəçiliyi ilə yeganə səhmdar olan və Azərbaycan dövlətinin adından çıxış edən Maliyyə Nazirliyi yeni səhmləri əldə edəcək”, - deyə "Report"a bildirilib. 

Son xəbərlər

Orphus sistemi