Azərbaycan hökuməti gələn il işığı və suyu bahalaşdırmaq niyyətində deyil

Azərbaycan hökuməti gələn il işığı və suyu bahalaşdırmaq niyyətində deyil Bu barədə maliyyə naziri Samir Şərifov məlumat verib
Maliyyə
7 Noyabr , 2017 14:10
Azərbaycan hökuməti gələn il işığı və suyu bahalaşdırmaq niyyətində deyil
Maliyyə naziri Samir Şərifov / Report

Bakı. 7 noyabr. REPORT.AZ/ Gələn il dövlət büdcəsində "Azərişıq"ASC-yə 55 mln. manat ssuda verilməsi, "Azərsu" ASC-yə isə 22 mln. manat vəsait ayrılması nəzərə tutulur. Bu da əsasən tarif strukturları ilə bağlıdır. 

"Report" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov deyib. 

"Tarifləri artıra bilmirik, çünki, bu, əhalinin maddi güzəranına bilavasitə təsir edir. Bu isə həmin qurumların maliyyə vəziyyətinə mənfi təsir göstərir. Ona görə də, çalışmalıyıq ki, kompromis variant tapaq". 

Son xəbərlər

Orphus sistemi