Azərbaycan hökuməti bu il icmal büdcəsində 1,2 mlrd. dollar profisit gözləyir

Azərbaycan hökuməti bu il icmal büdcəsində 1,2 mlrd. dollar profisit gözləyir Bakı. 2 mart. REPORT.AZ/ 2018-ci ilin yekununda Azərbaycanın icmal büdcəsinin profisiti 2,7 milyard dollar təşkil edib və həmin vəsait Dövlət Neft Fonduna yönəldilib. Neftin büdcə qiymətinin əvvəlki illə müqayisədə 5 dollar çox - 60 dollar götürüldüyü 2019-cu ilin yekununda isə bu rəqəmin 1,2 milyard dollar olacağını gözləyirik.
Maliyyə
2 Mart , 2019 01:26
Azərbaycan hökuməti bu il icmal büdcəsində 1,2 mlrd. dollar profisit gözləyir

Bakı. 2 mart. REPORT.AZ/ "2018-ci ilin yekununda Azərbaycanın icmal büdcəsinin profisiti 2,7 milyard dollar təşkil edib və həmin vəsait Dövlət Neft Fonduna yönəldilib. Neftin büdcə qiymətinin əvvəlki illə müqayisədə 5 dollar çox - 60 dollar götürüldüyü 2019-cu ilin yekununda isə bu rəqəmin 1,2 milyard dollar olacağını gözləyirik".

"Report" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov AzTV-də deyib.

"Dövlətin imkanları artdıqca, əhalinin sosial müdafiəsi gücləndirilib. 2018-ci ildə 550 milyon manatlıq sosial paket həyata keçirilib. 2019-ci ilin əvvəlindən təxminən 900 milyon manatlıq sosial paket reallaşdırılır. Bundan başqa, fiziki şəxslərin problemli kreditləri həll edilir. Bu da sosial dəstəkdir. Gələn ildən isə icbari tibbi sığortanın genişləndirilməsi nəzərdə tutulur. Bunun üçün də maliyyə bazası olmalıdır. Yəni, imkanlar artdıqda, bir tərəfdən dövlətin maliyyə gücü artırılır, digər tərəfdən isə əhalinin güzaranı yaxşılaşdırılır", - deyə o, qeyd edib.

Son xəbərlər

Orphus sistemi