​Azərbaycan INTOSAI-nin alt-komitəsinə üzv qəbul edilib

​Azərbaycan INTOSAI-nin alt-komitəsinə üzv qəbul edilib Azərbaycan Hesablama Palatası Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının (INTOSAI) Uyğunluq Auditi üzrə Alt-komitəyə tam hüquqlu üzv seçilib
Maliyyə
16 Sentyabr , 2015 17:53
​Azərbaycan INTOSAI-nin alt-komitəsinə üzv qəbul edilib

Bakı. 16 sentyabr. REPORT.AZ/ Azərbaycan Hesablama Palatası beynəlxalq fəaliyyətini genişləndirmək yolunda növbəti addım olaraq Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının (INTOSAI) aparıcı qurumlarından biri olan Uyğunluq Auditi üzrə Alt-komitəyə tam hüquqlu üzv seçilib. "Report" bu barədə Hesablama Palatasının yaydığı məlumata istinadən xəbər verir.

Əsas məqsədi dövlət sektorunda uyğunluq auditi üzrə yüksək səviyyəli qlobal təlimatların hazırlanması olan alt-komitə 2004-cü il oktyabrın 10-da Budapeşt (Macarıstan) şəhərində yaradılıb. Qurum 2012-2016-cı illəri əhatə edən strateji mərhələdə AAQ-larda ISSAI:4000 silsilə standartlarının tətbiqindən sonra uyğunluq auditi ekspertlərinin regional şəbəkəsini yaratmaq, Peşəkar Standartlar Komitəsinin uyğunlaşdırma layihəsində iştirak etmək və uyğunluq auditinin əsas prinsiplərinə dair ISSAI:400 hazırlamaq və ISSAI:4000, 4100 və 4200 standartlarını təsdiqləmək və yeniləmək kimi məsələlər üzrə məsuldur.

Sədrliyini Norveç Baş Auditor Ofisinin etdiyi alt-qurumun üzvləri Avropa Auditorlar Məhkəməsi, Braziliya, Cənubi Afrika, Çin, Fransa, Norveç, Gürcüstan, Hindistan, Litva, Macarıstan, Meksika, Namibiya, Portuqaliya, Rumıniya, Səudiyyə Ərəbistanı, Slovakiya və Tunis AAQ-larından ibarətdir.

Hesablama Palatası 2002-ci ilin aprelindən (yaradıldığı gündən bir neçə ay sonra) INTOSAI-nin (Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı) üzvüdür.

Son xəbərlər

Orphus sistemi