Azərbaycan gələn il büdcədən əmək haqqı maliyyələşməsini 15% artıracaq

Azərbaycan gələn il büdcədən əmək haqqı maliyyələşməsini 15% artıracaq Bu, büdcə layihəsində nəzərdə tutulan ümumi xərclərin 25%-nə bərabərdir
Maliyyə
134
25 Noyabr , 2016 15:28
Azərbaycan gələn il büdcədən əmək haqqı maliyyələşməsini 15% artıracaq

Bakı. 25 noyabr. REPORT.AZ/ Azərbaycanın 2017-il dövlət büdcəsinin məxaricinin layihəsində əməyin ödənişi xərcləri 4 077,0 mln. manat və ya ümumi xərclərin 24,6%-i həcmində nəzərdə tutulub.

"Report" bu barədə 2017-ci il dövlət büdcəsi haqqında qanun layihəsinə Hesablama Palatasının rəyinə istinadən xəbər verir.

Əməyin ödənişi üzrə xərclər 2016-cı ilin analoji proqnozu ilə müqayisədə 6,37%, 2016-ci ilin gözlənilən icra proqnozu ilə müqayisədə isə 14,99% çoxdur.

Dövlət büdcəsi istehlakı 2017-ci ilə 7 200,4 mln. manat məbləğində olmaqla büdcə xərclərində 43,4% səviyyəsində proqnozlaşdırılır. Bu, 2016-cı ilin proqnozlaşdırılan göstəricisi ilə müqayisədə 2,7% çoxdur. 

Qeyd edək ki, 2017-ci il üçün büdcə xərcləri 16,6 mlrd. manat həcmində nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi