Azərbaycan gələn il 2 milyard manatlıq dövlət istiqrazı yerləşdirəcək

Azərbaycan gələn il 2 milyard manatlıq dövlət istiqrazı yerləşdirəcək Büdcə kəsirinin maliyyələşdirilməsi məqsədilə daxili bazarda yerləşdiriləcək dövlət istiqrazları hesabına əlavə 1,3 milyard manat məbləğində vəsaitin cəlb edilməsi nəzərdə tutulur.
Maliyyə
210
21 Dekabr , 2020 12:38
Azərbaycan gələn il 2 milyard manatlıq dövlət istiqrazı yerləşdirəcək

“2018-2020-ci illərdə yerləşdirilən və əsas borcu 2021-ci ildə qaytarılacaq istiqrazların ümumi məbləği 681,5 milyon manat təşkil edir və bu məbləğin daxili bazardan cəlb ediləcək vəsait hesabına təkrar maliyyələşdirilməsi planlaşdırılır”.

“Report” xəbər verir ki, bu barədə 2021-ci il dövlət büdcəsi layihəsində bildirilib.

Sənəddə həmçinin deyilir ki, büdcə kəsirinin maliyyələşdirilməsi məqsədilə daxili bazarda yerləşdiriləcək dövlət istiqrazları hesabına əlavə 1,3 milyard manat məbləğində vəsaitin cəlb edilməsi nəzərdə tutulur. Növbəti ildə istiqrazlar üzrə qaytarılacaq əsas borcun daxili bazarda təkrarmaliyyələşdirilmə hesabına təmin edilməsi, həm də büdcə kəsirinin bağlanması üçün təqribən 2,0 milyard manat məbləğində dövlət istiqrazları emissiya olunmalıdır.

Son xəbərlər

Orphus sistemi