Azərbaycan gələn il 1 milyard dollardan çox borc qaytaracaq

Azərbaycan gələn il 1 milyard dollardan çox borc qaytaracaq 2022-ci ildə Azərbaycanın dövlət büdcəsindən dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı 1 792 milyon manat və yaxud 1 054 milyon ABŞ dolları xərclənməsi nəzərdə tutulub.
Maliyyə
154
27 Oktyabr , 2021 09:33
Azərbaycan gələn il 1 milyard dollardan çox borc qaytaracaq

2022-ci ildə Azərbaycanın dövlət büdcəsindən dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı 1 792 milyon manat və yaxud 1 054 milyon ABŞ dolları xərclənməsi nəzərdə tutulub.

“Report” Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ilkin proqnozla müqayisədə 6,3% azdır, gələnilki büdcə xərclərinin 6%-i deməkdir.

2021-ci ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər 18,55% azalacaq.

Qaytarılacaq borcun 232 milyon manatı daxili dövlət borcu (o cümlədən 225 milyon manatı faiz ödənişləri), 1 560 milyon manatı isə xarici dövlət borcu (o cümlədən 408 milyon manatı faiz ödənişləri) təşkil edəcək.

Son xəbərlər

Orphus sistemi