Gələn il Azərbaycan 1,4 milyard dollara yaxın borc qaytaracaq

Gələn il Azərbaycan 1,4 milyard dollara yaxın borc qaytaracaq 2021-ci ildə Azərbaycanın dövlət büdcəsində dövlət borcuna xidmətlə bağlı 2 351,8 milyon manat (1383,4 milyon ABŞ dolları) məbləğində vəsait nəzərdə tutulub.
Maliyyə
410
3 Sentyabr , 2020 10:58
Gələn il Azərbaycan 1,4 milyard dollara yaxın borc qaytaracaq

2021-ci ildə Azərbaycanın dövlət büdcəsində dövlət borcuna xidmətlə bağlı 2 351,8 milyon manat (1 383,4 milyon ABŞ dolları) məbləğində vəsait nəzərdə tutulub.

“Report” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, həmin vəsaitin 1 787,3 milyon manatı birbaşa xarici dövlət borcuna xidmət, 417,4 milyon manatı isə bir  sıra dövlət müəssisələrinin dövlət  zəmanəti ilə cəlb etdiyi öhdəliklərin təmin olunması, yerdə qalan 147 milyon manatı isə daxili dövlət borcuna xidmət məqsədi ilə istifadə olunacaq.

Beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq çərçivəsində mövcud kredit  müqavilələri  üzrə isə 609,5 milyon manat  məbləğində vəsaitin istifadə olunması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi