Azərbaycanın fond bazarındakı cari vəziyyət müzakirə olunub

Azərbaycanın fond bazarındakı cari vəziyyət müzakirə olunub Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib
Maliyyə
9 Fevral , 2015 16:13
Azərbaycanın fond bazarındakı cari vəziyyət müzakirə olunub

Bakı. 9 fevral. REPORt.AZ/ Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) Dünya Bankının (DB) nümayəndə heyəti ilə görüş keçirilib.

"Report"un Komitəyə istinadən verdiyi xəbərə görə, DB-nin missiya rəhbəri Anjela Priqojina QKDK ilə birgə həyata keçirilən "Kapital bazarlarının müasirləşdirilməsi Layihəsi”nin ölkədəki icraçılarına təşəkkürünü bildirərək, ötən il ərzində layihənin effektiv icrasının təmin edilməsi üçün xeyli səy göstərildiyini diqqətə çatdırıb. Missiya rəhbəri icra cədvəlinə uyğun olaraq layihənin gedişinin sürətləndirilməsi məqsədilə həlli gözlənilən tədbirlərə diqqət yetirilməsinin vacibliyini bildirib. A.Priqojina "Qiymətli kağızlar bazarı haqqında" yeni qanunun qəbulunun ölkənin qiymətli kağızlar bazarında gedən proseslərin sürətlənməsində vacib rol oynayacağına əminlik ifadə edib.

Sonda layihənin bazar infrastrukturunun təkmilləşdirilməsi və avtomatlaşdırılması, hüquqi və tənzimləyici bazanın təkmilləşdirilməsi, təklifin stimullaşdırılması, institusional və investor potensialının artırılması istiqamətlərinin icrası üzrə əldə olunmuş irəliləyiş qeyd olunaraq, layihənin uğurla tamamlanması üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi