Azərbaycan əhalisi ümumi xərclərdə ərzaqın payını azaldıb

Azərbaycan əhalisi ümumi xərclərdə ərzaqın payını azaldıb İlk dəfə Azərbaycan əhalisi ərzaq və qeyri-ərzaq məhsullarının alınmasına eyni məbləğdə pul xərcləyib
Maliyyə
7 Noyabr , 2014 13:48
Azərbaycan əhalisi ümumi xərclərdə ərzaqın payını azaldıb
Bakı. 7 noyabr. REPORT.AZ/ Cari ilin yanvar-oktyabr aylarında Azərbaycan əhalisi ticarət obyektlərində 17,5 mlrd. manat məbləğində mal alıb. "Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, ötən ilin eyni dövrü ilə müqayisədə həmin göstərici 9,6% artıb. 

Qeyd etmək lazımdır ki, əhali ərzaq və qeyri-ərzaq məhsullarının alınmasına bərabər məbləğdə (8,75 mlrd. manat) pul xərcləyib. 

"Report" agentliyinin analitikləri qeyd edirlər ki, bir il əvvəl qeyri-ərzaq mallarının ümumi ticarət dövriyyəsində payı 46,5% təşkil edib: "Müvafiq olaraq son bir il ərzində istehlak xərcləri strukturunda ərzaqa sərf olunan xərclərin azalması istiqamətində dəyişikliklər baş verib. Qeyd edək ki, əhalinin xərclərində ərzağın payı nə qədər çox olarsa, bu, makroiqtisadi qanunlara görə, əhalinin orta və uzunmüddətli alıcılıq qabiliyyəti, eləcə də yığım qabiliyyəti bir o qədər aşağı olur".

Bundan başqa, cari ilin 10 ayı ərzində elektron parəkəndə ticarət dövriyyəsi 5,1 mln. manat təşkil edib ki, bu da əvvəlki ilin eyni göstəricisindən 2,5 dəfə çoxdur. Bununla yanaşı, həmin vəsaitin 95%-i qeyri-ərzaq mallarının alınmasına sərf olunub. 

Son xəbərlər

Orphus sistemi