Azərbaycan əhalisi üçün ödənişli xidmətlərin ümumi dəyəri 26 % azalıb

Azərbaycan əhalisi üçün ödənişli xidmətlərin ümumi dəyəri 26 % azalıb Hüquqi şəxslər tərəfindən əhaliyə 4 208,4 mln manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,6 %-ni təşkil edib.
Maliyyə
744
21 Noyabr , 2020 18:00
Azərbaycan əhalisi üçün ödənişli xidmətlərin ümumi dəyəri 26 % azalıb

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə vətəndaşların səfərlərinə qoyulan məhdudiyyətlər nəticəsində sərnişin daşınmasında müşahidə olunan ciddi azalmalar, həmçinin bir sıra xidmət sahələrinin fəaliyyətinə qoyulmuş məhdudiyyətlərlə əlaqədar bu ilin yanvar-oktyabar aylarında əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir ötən ilin eyni dövrü ilə müqayisədə 25,9 % azalaraq 5 569,2 milyon manat olub.

Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, hesabat dövründə hüquqi şəxslər əhaliyə 4 208,4 milyon manatlıq xidmət göstərib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,6 %-ini təşkil edib.

10 ay ərzində hər bir ölkə sakini orta hesabla 558,3 manatlıq və yaxud illik müqayisədə 193,3 manat az məbləğdə müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Son xəbərlər

Orphus sistemi