Azərbaycan əhalisi ötən il 462 mln. manatlıq dərman alıb

Azərbaycan əhalisi ötən il 462 mln. manatlıq dərman alıb Bakı. 15 yanvar. REPORT.AZ/ Azərbaycanda 2017-ci ildə pərakəndə ticarət dövriyyəsinin məbləği 35 268,1 mln. manat təşkil edib.
Maliyyə
15 Yanvar , 2018 12:02
Azərbaycan əhalisi ötən il 462 mln. manatlıq dərman alıb

Bakı. 15 yanvar. REPORT.AZ/ Azərbaycanda 2017-ci ildə pərakəndə ticarət dövriyyəsinin məbləği 35 268,1 mln. manat təşkil edib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2016-cı illə müqayisədə 2,5% çoxdur.

Sözügedən məbləğin 45,9%-i və yaxud 16 197,7 mln. manatı ərzaq məhsullarına, 4,8%-i və yaxud 1 385,7 mln. manatı içkilərə və tütün məmulatlarına, 17,8%-i və yaxud 6 272,5 mln. manatı toxuculuq məhsullarına, geyim və ayaqqabı, 6%-i və yaxud 2 118,1 mln. manatı elektrik mallarına və mebellərə, 0,7%-i və yaxud 255,5 mln. manatı kompüterlərə, kommunikasiya avadanlıqlarına və çap məhsullarına, 1,3%-i və yaxud 461,7 mln. manatı əczaçılığa və tibbi mallara, 5,5%-i və yaxud 1 938,1 mln. manatı avtomobil yanacağına, 18%-i və yaxud 6 338,8 mln. manatı isə digər qeyri-ərzaq məhsullarına yönəldilib.

Son xəbərlər

Orphus sistemi