Azərbaycan ƏDV-nin differensiallaşmasına başlayır

Azərbaycan ƏDV-nin differensiallaşmasına başlayır Vergilər nazirinin müavini: "Gələn il də Nazirlik üçün ağır il olacaq"
Maliyyə
30 Noyabr , 2016 11:59
Azərbaycan ƏDV-nin differensiallaşmasına başlayır

Bakı. 30 noyabr. REPORT.AZ/ Yanvarın 1-dən etibarən Azərbaycanda ƏDV-nin differensiallaşmasına başlanılacaq. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

S.Ələkbərovun sözlərinə görə, bu məsələ üzrə bəzi dövlət qurumları ilə müəyyən fikir ayrılıqları mövcuddur: "Bu, layihədir. Amma hələlik buna qarşı müqavimət var. Əgər parlament sənədi qəbul edərsə, yanvarın 1-dən etibarən layihə bu formada qəbul olunacaq".

Nazir müavini deyib ki, bu il olduğu kimi, gələn il də Nazirlik üçün ağır il olacaq.

Son xəbərlər

Orphus sistemi