Azərbaycan Dövlət Reklam Agentliyinin mənfəəti artıb

Azərbaycan Dövlət Reklam Agentliyinin mənfəəti artıb Qurum 2020-ci ili 1,346 milyon manat mənfəətlə başa vurub
Maliyyə
23 Aprel , 2021 11:59
Azərbaycan Dövlət Reklam Agentliyinin mənfəəti artıb

Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) 2020-ci ili 1,346 milyon manat mənfəətlə başa vurub. Halbuki, Agentlik 2019-cu ildən 1,153 milyon manat xalis mənfəətlə çıxmışdı.

“Report” xəbər verir ki, ötən il ADRA-nın gəlirləri 6,212 milyon manat (illik müqayisədə 14,1% az), o cümlədən reklam yayımı haqlarından gəlirləri 5,889 milyon manat (13,7% az), digər gəlirləri isə 323 min manat (20,8% az) təşkil edib.

Hesabat dövründə Agentliyin xərcləri isə 4,866 milyon manat (20% az), o cümlədən insan resursları üzrə xərcləri 3,144 milyon manat (27,4% az), əsas vəsaitlər və qeyri-maddi aktivlərin amortizasiyası xərcləri 555 min manat (35% çox), icarə xərcləri 451 min manat (10,5% çox), istifadə edilmiş mal-material ehtiyyatları üzrə xərcləri 79 min manat (2 dəfə az), təmir və saxlanma xərcləri 85 min manat (18,3% az), ezamiyyə xərcləri 27 min manat (7,5 dəfə az), digər xərcləri isə 524 min manat (11,5% çox) olub. Qurum mənfəət vergisi ödəməyib.

Bu il yanvarın 1-nə ADRA-nın aktivləri 6,278 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 27,2% çoxdur. Ötən il Agentliyin öhdəlikləri 8% azalaraq 15 min manata düşüb, balans kapitalı isə 27,3 artaraq 6,263 milyon manata çatıb.

Xatırladaq ki, ADRA ölkə prezidentinin 20 iyun 2017-ci il tarixli fərmanı ilə publik hüquqi şəxs kimi yaradılıb. Onun nizamnamə kapitalı 10 min manatdır. Agentlik açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, onlar üzərindəki reklamların hazırlanması və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirir.

Son xəbərlər

Orphus sistemi