Azərbaycan Dövlət Neft Fondu Milanda daşınmaz əmlak alır

Azərbaycan Dövlət Neft Fondu Milanda daşınmaz əmlak alır Fond İtaliya Ticarət Palatasının binasının alınmasına dair razılığa gəlib
Maliyyə
6 Yanvar , 2016 10:59
Azərbaycan Dövlət Neft Fondu Milanda daşınmaz əmlak alır

Bakı. 6 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Birləşmiş Ərəb Əmirlikləri və Qətərin suveren fondları ilə birgə Milanda (İtaliya) 3 ayrı daşınmaz əmlaka ümumi dəyəri 350 mln. avro (380 mln. dollar) investisiya yatırmaq barədə qərara gəlib.

"Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" əməliyyatları aparan şəxslərdən birinə istinadən məlumat yayıb.

Məlumata görə, artıq tərəflər arasında investisiya yatırımları ilə bağlı razılaşma əldə olunub.

ARDNF İtaliyanın Ticarət Palatasından bina alacaq.

Abu-Dabi İnvestisiya Fondu 1960-ci ildə inşa olunan binanı, Qətər investisiya qurumu isə "BNP Paribas SA"-nın binasını almaq barədə razılığa gəlib.

Məlumata görə, alqı-satqı əməliyyatlarının məbləği açıqlanmayıb. Xərclənəcək məbləğ isə həm də üç daşınmaz əmlakın yenidən qurulmasına sərf olunacaq. Hər üç əmlak İtaliyanın daşınmaz əmlak şirkəti olan "Coima SGR" tərəfindən idarə olunacaq.

Dövlət Neft Fondundan isə "Report"a məsələ ilə bağlı hər hansı məlumatın olmadığını bildiriblər.

Son xəbərlər

Orphus sistemi