Vitse-prezident: "Azərbaycan Dövlət Neft Fondu IFC-nin etibarlı tərəfdaşıdır"

Vitse-prezident: "Azərbaycan Dövlət Neft Fondu IFC-nin etibarlı tərəfdaşıdır" “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 20 illik yubileyində burada olmağımızdan və onlarla əməkdaşlıq etməyimizdən çox məmnunuq. Fond yalnız xalis mənfəət əldə etmək üçün yox, həm də cəmiyyətdə müsbət dəyişikliklərə töhfə verən investisiyaları dəstəkləyir.
Maliyyə
26 Sentyabr , 2019 13:18
Vitse-prezident: Azərbaycan Dövlət Neft Fondu IFC-nin etibarlı tərəfdaşıdır

“Azərbaycan Respublikası Dövlət Neft Fondunun 20 illik yubileyində burada olmağımızdan və onlarla əməkdaşlıq etməyimizdən çox məmnunuq. Fond yalnız xalis mənfəət əldə etmək üçün yox, həm də cəmiyyətdə müsbət dəyişikliklərə töhfə verən investisiyaları dəstəkləyir".

"Report" xəbər verir ki, bunu Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) İqtisadiyyat və Özəl Sektorun İnkişafı üzrə vitse-prezidenti Hans Piter Lanks Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) və IFC-nin tərəfdaşlığı ilə Bakıda keçirilən "Müsbət təsirli investisiya: institusional investorlar üçün imkanlar və çağırışlar" adlı konfransda çıxışında deyib.

Onun sözlərinə görə, konfrans geniş auditoriyaya sosial transformasiya olunan investisiyalar (müsbət təsirli investisiya) konsepsiyasını təqdim etdiyindən çox vacibdir.

Hans Piter Lanks həmçinin qeyd edib ki, Dövlət Neft Fondu IFC-nin etibarlı tərəfdaşıdır və onları çoxillik dostluq münasibətləri birləşdirir.

“Dövlət Neft Fondu peşəkar, təcrübəli beynəlxalq investordur. ARDNF inkişaf etməkdə olan ölkələrdən birgə investisiya tərəfdaşlığı çərçivəsində IFC-yə qoşulmuş ilk investisiya fondu olub. ARDNF inanılmaz etibarlı tərəfdaşdır", - o deyib.

Son xəbərlər

Orphus sistemi