Azərbaycan Dövlət Neft Fondu I rübdə büdcəyə transfertin həcmini açıqlayıb

Azərbaycan Dövlət Neft Fondu I rübdə büdcəyə transfertin həcmini açıqlayıb Fonddan büdcəyə 1,7 mlrd. manat köçürülüb
Maliyyə
4 Aprel , 2016 11:33
Azərbaycan Dövlət Neft Fondu I rübdə büdcəyə transfertin həcmini açıqlayıb

Bakı. 4 aprel. REPORT.AZ/ Bu ilin yanvar-mart aylarında Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə 1 660 mln. manat həcmində vəsait transfert edilib. Bu barədə "Report"un sorğusuna cavab olaraq Fonddan bildirilib.

Qeyd olunub ki, Azərbaycan Prezidentinin fərmanı ilə təsdiq edilmiş ARDNF-in 2016-cı il büdcəsinə uyğun olaraq, cari il üzrə Neft Fondundan dövlət büdcəsinə transfertin ümumi həcmi 7 615 mln. manat həcmində təsdiq edilib.

"İl ərzində dövlət büdcəsi qarşısında öhdəliklərin yerinə yetirilməsi məqsədilə Fond tərəfindən Mərkəzi Bankın təşkil etdiyi hərraclar vasitəsilə valyutanın satışı davam etdiriləcək", - deyə ARDNF-dən bildirilib.

Son xəbərlər

Orphus sistemi