Bakı. 12 noyabr. REPORT.AZ/ Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,01% artaraq noyabr ayının 12-nə 2 758,57 təşkil edib. Ortaölçülü qiymət indeksi isə 95,12 olub. Noyabrın 12-nə dövriyyədə olan istiqrazların cari qiymət üzrə həcmi 0,1% artaraq 133 719 009 manat təşkil edib.
“Report”un hesablamalarına görə, Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi 0,01% yüksəlib və 872,66-ya bərabər olub. Ortaölçülü qiymət indeksi isə 109,08 təşkil edib.