Azərbaycan dövlət əmlakının icbari sığortasına subsidiyanı gələn il üçün sabit saxlayıb

Azərbaycan dövlət əmlakının icbari sığortasına subsidiyanı gələn il üçün sabit saxlayıb Bakı. 27 dekabr. REPORT.AZ/ Azərbaycanda ünvanlı dövlət sosial yardımı alan aztəminatlı ailələrin əmlakının, dövlətə məxsus əmlakın və dövlət büdcəsindən maliyyələşən təşkilatlara məxsus nəqliyyat vasitələrinin icbari sığortası üçün 2018-ci ilin dövlət büdcəsindən 11,0 mln. manat ayrılacaq.
Maliyyə
27 Dekabr , 2017 15:22
Azərbaycan dövlət əmlakının icbari sığortasına subsidiyanı gələn il üçün sabit saxlayıb

Bakı. 27 dekabr. REPORT.AZ/ Azərbaycanda ünvanlı dövlət sosial yardımı alan aztəminatlı ailələrin əmlakının, dövlətə məxsus əmlakın və dövlət büdcəsindən maliyyələşən təşkilatlara məxsus nəqliyyat vasitələrinin icbari sığortası üçün 2018-ci ilin dövlət büdcəsindən 11,0 mln. manat ayrılacaq.

“Report” bu barədə 2018-ci ilin dövlət büdcəsinə istinadən xəbər verir.

Bundan başqa, gələn ilin büdcəsində Maliyyə Nazirliyinə kənd təsərrüfatı əmlakının sığortalanması üçün sığorta haqqının dövlət büdcəsi hesabına ödənilən hissəsi üçün 1,0 mln. manat nəzərdə tutulub.

Qeyd edək ki, hər iki istiqamətdə nəzərdə tutulan vəsait 2017-ci ildə ayrılan vəsaitlə eyni səviyyədə saxlanılıb.

Son xəbərlər

Orphus sistemi