“Azərbaycan Dəmir Yolları” tender keçirir

“Azərbaycan Dəmir Yolları” tender keçirir “Azərbaycan Dəmir Yolları” QSC vaqon və lokomotivlərin rənglənməsi işlərinin satın alınması üçün açıq tender elan edib.
Maliyyə
22 Avqust , 2020 11:54
“Azərbaycan Dəmir Yolları” tender keçirir

“Azərbaycan Dəmir Yolları” QSC vaqon və lokomotivlərin rənglənməsi üçün açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 100 manatdır.

İddiaçılar ilkin sənədləri sentyabrın 15-də, saat 17:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə sentyabrın 21-də, saat 17:00-a qədər Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, 51 ünvanında yerləşən vaqon deposuna təqdim edə bilərlər. Əlaqələndirici şəxs Nilufər İsmayılovadır. Telefon: (012) 499-73-54; (055) 203-36-34.

Təkliflərə sentyabrın 22-də, saat 11:00-da səhmdar cəmiyyətinin Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 230 ünvanında yerləşən inzibati binasında baxılacaq.

Son xəbərlər

Orphus sistemi