“Azərbaycan Dəmir Yolları" QSC-nin Həkim-Sanitar Xidməti 2022-ci ili 48 min manat xalis zərərlə başa vurub.
"Report" qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 14,15 % çoxdur.
Ötən il Həkim-Sanitar Xidmətinin əsas əməliyyat gəlirləri 1,981 milyon manat (əvvəlki ilə nisbətən 6,4% az), sair əməliyyat gəlirləri 10,027 milyon manat (10,8 % çox), istifadə etdiyi material ehtiyatları üzrə xərcləri 523 min manat (14,8 % az), işçi heyəti üzrə xərcləri 9,622 milyon manat (15,4 % çox), amortizasiya xərcləri 983 min manat (4,5 % az), digər əməliyyat xərcləri 885 min manat (26,3 % az), mənfəət vergisi ödəmələri isə 44 min manat (57,1 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə Həkim-Sanitar Xidmətinin aktivləri 10,233 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 0,2 % çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 4 % artaraq 1,259 milyon manata çatıb, balans kapitalı isə 0,3 % azalaraq 8,974 milyon manata düşüb.