Azərbaycan Cənubi Koreya ilə maliyyə nəzarətinin gücləndirilməsini müzakirə edib

Azərbaycan Cənubi Koreya ilə maliyyə nəzarətinin gücləndirilməsini müzakirə edib Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Cənubi Koreyanın Azərbaycandakı səfiri Kim Tonq Opu və Səfirliyin müvafiq nümayəndələrini qəbul edib.
Maliyyə
24 Sentyabr , 2021 15:22
Azərbaycan Cənubi Koreya ilə maliyyə nəzarətinin gücləndirilməsini müzakirə edib

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Cənubi Koreyanın Azərbaycandakı səfiri Kim Tonq Opu və Səfirliyin müvafiq nümayəndələrini qəbul edib.

"Report" xəbər verir ki, bu barədə Palata məlumat yayıb.

Məlumatda deyilir ki, səfir V.Gülməmmədova görüş üçün öz təşəkkürünü bildirib, iki ölkənin Ali Audit Qurumları arasında əməkdaşlığı yüksək qiymətləndirdiyini qeyd edib. Görüş zamanı V.Gülməmmədov Hesablama Palatasının strukturunda, fəaliyyətində və beynəlxalq audit ictimaiyyətində Hesablama Palatasının iştirakı ilə bağlı məsələlərdə dəyişikliklər və yeniliklər barəsində danışıb.

Habelə, INTOSAI və ASOSAI çərçivəsində iki ölkənin AAQ-ı arasında mövcud əlaqələrə toxunulmuş və yaxın gələcəkdə bu əlaqələrin və əməkdaşlığın daha sıx və intensiv inkişaf etdirilməsi üçün birgə səylərin göstərilməsi, o cümlədən kənar dövlət maliyyə nəzarətinin gücləndirilməsi istiqamətində gələcəkdə iki qurum arasında bilik və təcrübə mübadiləsi imkanları barədə də müzakirələr aparılıb.

V.Gülməmmədov Palatanın ASOSAI-ın Audit Komitəsinə üzv seçilməsi barədə məlumat verib və ASOSAI təşkilatında qabaqcıl AAQ-lardan biri kimi Koreya Audit Şurası ilə əməkdaşlığın yeni səviyyədə daha da inkişaf etdirilməsi və gücləndirilməsi zərurətini qeyd edib, Cənubi Koreyanın ölkəmizdəki səfirliyinin bu istiqamətdə müvafiq dəstəyi göstərməsinə ümidvar olduğunu bildirib.

Azərbaycan və Koreya arasında yüksək səviyyəli münasibətləri vurğulayan tərəflər iki ölkənin AAQ-ı arasında da fəal və güclü əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini ifadə edib.

Son xəbərlər

Orphus sistemi