Azərbaycan bu ilin ilk 4 ayında 600 mln. manata yaxın borc qaytarıb

Azərbaycan bu ilin ilk 4 ayında 600 mln. manata yaxın borc qaytarıb Bakı. 12 iyun. REPORT.AZ/ Bu ilin yanvar-aprel aylarında Azərbaycanın dövlət büdcəsinin xərcləri 5 966 mln. manat təşkil edib ki, bunun da 3 082 mln. manatı və yaxud 51,7%-i cari xərclərdir.
Maliyyə
12 İyun , 2018 17:02
Azərbaycan bu ilin ilk 4 ayında 600 mln. manata yaxın borc qaytarıb
0 : 00
0 : 00

Bakı. 12 iyun. REPORT.AZ/ Bu ilin yanvar-aprel aylarında Azərbaycanın dövlət büdcəsinin xərcləri 5 966 mln. manat təşkil edib ki, bunun da 3 082 mln. manatı və yaxud 51,7%-i cari xərclərdir.

“Report” Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, 2017-ci ilin eyni dövrü ilə müqayisədə 20,6 mln. manat və yaxud 0,7% çoxdur.

Hesabat dövründə büdcənin əsaslı xərcləri isə 2 298,9 mln. manat təşkil edib. Bu, xərclərin 38,5%-i deməkdir.

4 ay ərzində Azərbaycan dövlət borcuna və öhdəliklərinə xidmətə isə 584,4 mln. manat və yaxud büdcə xərclərinin 9,8%-i qədər vəsait yönəldib. 

Son xəbərlər

Orphus sistemi