Azərbaycan bu il xalis maliyyə öhdəliklərini 133 milyon dollar artırıb

Azərbaycan bu il xalis maliyyə öhdəliklərini 133 milyon dollar artırıb Bu ilin I rübündə Azərbaycanın xalis maliyyə öhdəliklərinin artımı 132,6 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 87,25% azdır.
Maliyyə
15 iyun 2020 09:15
Azərbaycan bu il xalis maliyyə öhdəliklərini 133 milyon dollar artırıb
Freepik.com

Bu ilin I rübündə Azərbaycanın xalis maliyyə öhdəliklərinin artımı 132,6 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 87,25% azdır.

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, xalis maliyyə öhdəliklərinin artımı Azərbaycana cəlb olunmuş birbaşa investisiyaların 1 188,3 milyon ABŞ dolları artımı (46,9% çox), cəlb olunuş investisiyaların 999,9 milyon ABŞ dolları repatriasiyası (35% çox), neft bonusunun 451,6 milyon ABŞ dolları artımı (0,2% çox), portfel investisiyalarının 50,2 milyon ABŞ dolları azalması (3,6 dəfə çox) və digər investisiyaların 457,2 milyon ABŞ dolları azalması (1 il bundan əvvəl artım olub) hesabına baş verib. 

Son xəbərlər

Orphus sistemi