Azərbaycan bu il Şərqi Anadoludan 23 milyon dollarlıq məhsul idxal edib

Azərbaycan bu il Şərqi Anadoludan 23 milyon dollarlıq məhsul idxal edib Bu barədə Şərqi Anadolu İxracatçılar Birliyi məlumat yayıb
Biznes
10 Mart , 2021 15:02
Azərbaycan bu il Şərqi Anadoludan 23 milyon dollarlıq məhsul idxal edib

Bu ilin yanvar-fevral aylarında Türkiyənin Şərqi Anadolu İxracatçılar Birliyinə üzv şirkətlərin ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 31,7 % artaraq 386,147 milyon ABŞ dollarına yüksəlib.

“Report” xəbər verir ki, bu barədə Şərqi Anadolu İxracatçılar Birliyi məlumat yayıb.

Sənədə əsasən, 2 ay ərzində ixracda ən yüksək artım sənaye, kənd təsərrüfatı və mədən sənayesində qeydə alınıb. Sənaye məhsullarının ixracı 18,8 % artaraq 261,593 milyon ABŞ dollarına, kənd təsərüffatı məhsullarının ixracı 68,5 % artaraq 100,052 milyon ABŞ dollarına, mədən sənayesi məhsullarının ixracı isə 79,55 % artaraq 24,501 milyon ABŞ dollarına çatıb.

Hesabat dövründə Şərqi Anadolu vilayətindən ən çox məhsul İraqa (101,284 milyon ABŞ dollara) ixrac olunub. Onu İran (28,762 milyon ABŞ dolları) və Azərbaycan (23,11 milyon ABŞ dolları) izləyib.

Son xəbərlər

Orphus sistemi