Azərbaycan BOKT-u yeni təsisçilər cəlb edərək nizamnamə kapitalını kəskin artırıb

Azərbaycan BOKT-u yeni təsisçilər cəlb edərək nizamnamə kapitalını kəskin artırıb “Asel Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) nizamnamə kapitalını 900 min manat və yaxud 2,1 dəfə artıraraq 800 min manatdan 1,7 milyon manata çatdırıb.
Maliyyə
3 İyun , 2019 15:03
Azərbaycan BOKT-u yeni təsisçilər cəlb edərək nizamnamə kapitalını kəskin artırıb

“Asel Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) nizamnamə kapitalını 900 min manat və yaxud 2,1 dəfə artıraraq 800 min manatdan 1,7 milyon manata çatdırıb.

“Report” bu barədə maliyyə qurumuna istinadən xəbər verir.

Məlumata görə, kapital artımı “Asel Kredit”ə investor kimi cəlb olunmuş 2 fiziki şəxsin hesabına baş verib. Son nəticədə BOKT-un təsisçisi olan fiziki şəxslərin sayı 3-ə çatıb. 

Son xəbərlər

Orphus sistemi