Azərbaycan BOKT-u aktivlərini 2 dəfə artırıb

Azərbaycan BOKT-u aktivlərini 2 dəfə artırıb Bakı. 14 mart. REPORT.AZ/ “Premier Credit” MMC bank olmayan kredit təşkilatının (BOK) cəmi aktivləri bu il yanvarın 1-nə 5,209 mln. manat təşkil ed...
Maliyyə
14 Mart , 2017 16:44
Azərbaycan BOKT-u aktivlərini 2 dəfə artırıb

Bakı. 14 mart. REPORT.AZ/ “Premier Credit” MMC bank olmayan kredit təşkilatının (BOK) cəmi aktivləri bu il yanvarın 1-nə 5,209 mln. manat təşkil edib.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2015-ci ilin yekunu ilə müqayisədə 90,2% və yaxud təxminən 2 dəfə çoxdur.

“Premier Credit”in aktivlərinin 96,1%-ni və yaxud 5,008 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Ötən il BOKT-un kredit portfeli 2 dəfə böyüyüb.

Hesabat dövründə kredit təşkilatının cəmi öhdəlikləri 2 dəfə artaraq 4,838 mln. manat, cəmi kapitalı isə 3,9% azalaraq 371 min manat olub.

2016-cı ildə “Premier Credit”in faiz gəlirləri 521 min manat (2015-ci ilə nisbətən 2 dəfə çox), faiz xərcləri 299 min manat (2,9 dəfə çox), qeyri-faiz gəlirləri 1,047 mln. manat (39,6% çox), qeyri-faiz xərcləri isə 1,034 mln. manat (64,1% çox) təşkil edib. Son nəticədə BOKT-un xalis əməliyyat mənfəəti 235 min manat olub ki, bu da illik müqayisədə 14,5% azdır.

“Premier Credit” Vergi Məcəlləsinə əsasən gəlirdən çıxılmayan xərclər nəzərə alınmaqla 9 min manat əlavə gəlir əldə edib, amma eyni zamanda amortizasiya xərclərinə 5 min manat, torpaq, tikili və avadanlıqlar üzrə saxlanma xərclərinə 77 min manat, digər xərclərə isə 78 min manat yönəldib, 17 min manat isə mənfəət vergisi ödəyib. Beləliklə, BOKT 2016-cı ili 68 min manat xalis mənfəətlə başa vurub. Bu, 2015-ci ilə nisbətən təxminən 26% azdır.

Xatırladaq ki, “Premier Credit” 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 310 min manatdır. BOKT-un təsisçiləri 34%-lik payla Şəhla Muxtar qızı Mehdiyeva, 33%-lik payla Validə İlham qızı Əzizova və 33%-lik payla İlahə Ənvər qızı Bəxşəliyevadır. 

Son xəbərlər

Orphus sistemi