Azərbaycan Beynəlxalq Bankına yeni departament direktoru təyin olunub

Azərbaycan Beynəlxalq Bankına yeni departament direktoru təyin olunub Bu vəzifəyə departamentin direktor müavini təyin edilib
Maliyyə
160
6 Yanvar , 2016 11:38
Azərbaycan Beynəlxalq Bankına yeni departament direktoru təyin olunub

Bakı. 6 yanvar. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankının (ABB) Mühasibatlıq və büdcə Departamentinə yeni direktor təyin olunub. "Report"un Banka istinadən verdiyi xəbərə görə, bu vəzifəyə əvvəllər həmin departamentdə direktorun müavini olan Anar Nağıyev keçib.

Qeyd edək ki, bundan əvvəl Mühasibatlıq və büdcə Departamentinə Rəşad Qasımov başçılıq edib. Daha sonra R.Qasımovun "İnter" Futbol Klubuna prezident seçilməsi ilə həmin vəzifə boş olub. 

Hazırda ABB-nin İdarə Heyətinin sədri Elmar Məmmədov, sədr müavinləri Murad Şirəliyev və Ülvi Mansurovdur. Ü.Mansurov həm də Bankın baş maliyyə direktorudur.

Son xəbərlər

Orphus sistemi