​Azərbaycan Beynəlxalq Bankının səhmdarları kütləvi şəkildə payını satır

​Azərbaycan Beynəlxalq Bankının səhmdarları kütləvi şəkildə payını satır İyunda Bankın daha 116 452 səhmi sahibini dəyişib
Maliyyə
1 İyul , 2016 10:46
​Azərbaycan Beynəlxalq Bankının səhmdarları kütləvi şəkildə payını satır

Bakı. 1 iyul. REPORT.AZ/ Bu ilin iyun ayında Bakı Fond Birjasında (BFB) "Azərbaycan Beynəlxalq Bankı" (ABB) ASC-nin səhmlərinin alqı-satqısı üzrə 10 əqd bağlanılıb. "Report" xəbər verir ki, bu əqdlər nəticəsində Bankın 116 452 səhmi sahibini dəyişib. Səhmləri alan və satan tərəflər məlum deyil.

Xatırladaq ki, ABB-nin nizamnamə kapitalı 641 287 250 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 0,27 manat olan təxminən 2 275 138 000 səhm əsasında formalaşıb.

Bankın səhmlərinin 54,96%-i Azərbaycan hökuməti adından çıxış edən Maliyyə Nazirliyinə, 8,49%-i qeyri-dövlət müəssisələrinə, 36,55%-i fiziki şəxslərə məxsusdur. Səhmlərin bazar dəyərinin 0,07 manat ətrafında olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi