​Azərbaycan Beynəlxalq Bankında yeni təyinat olub

​Azərbaycan Beynəlxalq Bankında yeni təyinat olub Bankın İdarə Heyətinin sədri özünə müşavir təyin edib
Maliyyə
27 İyul , 2016 10:56
​Azərbaycan Beynəlxalq Bankında yeni təyinat olub

Bakı. 27 iyul. REPORT.AZ/ "Azərbaycan Beynəlxalq Bankı" ASC-də (ABB) yeni təyinat olub. "Report"un əldə etdiyi məlumata görə, Bankın İdarə Heyətinin sədri Elmar Məmmədov Nəbi Əliyevi özünə müşavir təyin edib.

N.Əliyev buna qədər Azərbaycan Mərkəzi Bankının ləğv edilmiş Kredit təşkilatlarının fəaliyyətinə nəzarət Departamenti xarici nəzarət şöbəsinin müdiri olub. Departamentin ləğvinə səbəb isə onun funksiyalarının Maliyyə Bazarlarına Nəzarət Palatasına keçməsidir.

Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 641 287 250 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 0,27 manat olan təxminən 2 375 138 000 səhm əsasında formalaşıb.

Səhmlərin 54,96%-i Azərbaycan hökuməti adından çıxış edən Maliyyə Nazirliyinə, 27,26%-i "Aqrarkredit" bank olmayan kredit təşkilatına, qalan 17,78%-i isə qeyri-dövlət müəssisələri və fiziki şəxslərə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi