Azərbaycan Beynəlxalq Bankı yeni kredit kampaniyasına başlayıb

Azərbaycan Beynəlxalq Bankı yeni kredit kampaniyasına başlayıb Bakı. 21 fevral. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankı (ABB) 22 fevral - Avtomobil yol işçilərinin peşə bayramı gününə özəl olaraq yeni kredit kampaniyasına başlayıb.
Maliyyə
21 Fevral , 2018 15:09
Azərbaycan Beynəlxalq Bankı yeni kredit kampaniyasına başlayıb

Bakı. 21 fevral. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankı (ABB) 22 fevral - Avtomobil yol işçilərinin peşə bayramı gününə özəl olaraq yeni kredit kampaniyasına başlayıb.

“Report”un Banka istinadən verdiyi xəbərə görə, martın 2-dək davam edəcək kampaniya çərçivəsində ABB-nin əmək haqqı kartına sahib olan hər bir avtomobil yolları işçisi nağd pul kreditini güzəştli şərtlərlə ala bilər.

Kreditin məbləği 20 min manatadək, müddəti 60 ayadəkdir. İllik faiz dərəcəsində 2% endirim (23%-dən başlayaraq) tətbiq edilir. Kredit 5 000 manata qədər olduqda zamin tələb olunmur, kreditin rəsmiləşdirilməsi komissiyasızdır.

Nağd pul kreditini ABB-nin bütün filiallarından almaq mümkündür. Bunun üçün, sadəcə, şəxsiyyət vəsiqəsi və əmək haqqı kartı ilə Bankın filiallarına yaxınlaşmaq kifayətdir. Hazırda Bankın ölkə üzrə 36 filial və 40 şöbəsi fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi